Pakistan ordusu Hindistanın 2 hərbi təyyarəsinin vurulduğunu açıqladı. Bu açıqlamadan sonra Hindistan da Pakistan təyyarəsinin vurulduğu bildirib.
Bu hadisələrdən sonra Hindistan və Pakistan arasında paylaşılmayan Kəşmir bölgəsində gərginlik pik həddə çatıb.
Hindistan mətbuatı xəbər verir ki, Pakistan hərbi təyyarələri Kəşmirin Novşera bölgəsinə daxil olub. Dərhal verilən əmrlə hərbi təyyarə vurulub. Hadisədə 2 pilot həlak olub. Kəşmirdə baş verən hadisədən sonra Srinagar Hava limanını 3 saat fəaliyyətini dayandırıb.
Pakistan ordusunun həmləsindən sonra Hindistan ordusu hərəkətə keçib. Kütləvi informasiya vasitəsi, Pakistana aid hərbi təyyarənin vurulduğu açıqlanıb. (BAKU.WS)