Otel işçisi otağın açarını naməlum şəxsə verib.
ABŞ-ın Pensilvaniya ştatında yaşayan Cheri Marchionda adlı qadın 2014-cü ildə Des Moines şəhərində bir oteldə 4 saat ərzində yaşadığı təcavüzdən danışıb.
İş səyahətində olan qadın qaldığı oteldə başına gələn dəhşətlərdən "Bir sabah" proqramında bəhs edib.
Bir kişi otelə gələrək guya Cherinin sevgilisi olduğunu deyib.
Otel işçisi də otağın açarını şəxsiyyət vəsiqəsi belə istəmədən naməlum şəxsə verib.
Cheri həmin şəxsin onu kəsici alətlə hədələyərək 4 saat ərzində seksual xarakterli hərəkətlərə məruz qoyduğunu, sonra təcavüz edərək getdiyini bildirib.
Cheri onu da əlavə edib ki, hadisədən bir gün əvvəl həmin kişi ona otelin dəhlizində iş təklif edib. O isə bu təklifi geri çevirib. Cinayətkar 20 il müddətinə azadlıqdan məhrum olunub.
AzNews.az