Xəzər Xəbər

Müğənniyə şərt qoyuldu - Nazirlərin ad günündə oxumalıdır

Veb TV | 10:30 • 27 Fevral 2019
Müğənniyə şərt qoyuldu -

Müğənni Maruv Ukrayna ictimai televiziyasının (STV) ona təklif etdiyi müqavilə şərtlərini açıqlayıb. "Qafqazinfo” xəbər verir ki, o, kanalın sözügedən qaydalarına əməl etmədiyi üçün "Eurovision”dan imtina etdiyini bildirib.

Müqavilədə qeyd olunub:

- Maruv "Eurovision”a qədər kanalın təsdiq etmədiyi heç bir tədbirdə səhnəyə çıxmayacaq. Amma TV-nin istədiyi yığıncaqlardan da imtina edə bilməyəcək ( Məsələn, Maruv kanalın istəyi ilə hansısa nazirin ad günündə məcburi şəkildə mahnı oxuyacaq).

- Müsabiqə mahnısı olan "Siren Songu”n müəllifi olduğu Rusiya şirkəti ilə müqaviləyə xitam veriləcək, bütün işlərlə ukraynalılar məşğul olacaq.

- "Eurovision” KİV-lərinə ictimai kanalla bağlı heç bir açıqlama verməyəcək.

- Maruv Təl-Əvivə yanında 10 nəfər apara biləcək və bütün xərcləri özü ödəyəcək. Viza məsələrini belə Maruv həll edəcək.

- Sənətçi qaydalara riayət etmədiyi təqdirdə 65 min qriven miqdarında cərimənələcək.

Xəbər lenti

Çox oxunanlar