Xəzər Xəbər

İstanbulda Xocalı qurbanları anılıb VİDEO

Veb TV | 21:00 • 26 Fevral 2019
İstanbulda Xocalı qurbanları anılıb

Xocalı soyqırımının 27-ci ildönümü Türkiyənin İstanbul şəhərində də böyük yürüşlə anılıb. Azərbaycanın İstanbuldakı baş konsulluğu və İstanbulun Bağcılar bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən aksiyada şəhər sakinləri ilə yanaşı hər iki dövlətin rəsmiləri, millət vəkilləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.

Yürüş iştirakçıları İstanbulun Bağcılar meydanından Azərbaycan Dostluq Parkına doğru hərəkət ediblər.

Məqsəd Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmək, ermənilər tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq olub.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikədən sonra faciə qurbanlarının xatirəsi yad edilib.

Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanın artıq 30 ildir cənubi-qafqazda sülh axtarışında olduğunu Xocalıya ədalət axtardığını deyib. Dövlət rəsmisi bildirib ki, Türkiyənin dəstəyi ilə dünyanın böyük bir qisminə bu qətliamın həqiqətlərini çatdırılıb.

Əli Həsənov Azərbaycan və türk diasporunun birgə fəaliyyətindən də danışaraq bunun müsbət nəticələr verdiyini deyib.

Digər çıxış edənlər Xocalıda baş vermiş soyqırımı haqqında tədbir iştirakçılarına məlumat veriblər. Qeyd edilib ki, orada ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən o günahsız insanların tək günahı azərbaycanlı və müsəlman olmalarıdır.

Sonra tədbir iştirakçıları parkda inşa edilmiş "Xocalını unutma" abidəsi önünə güllər düzüblər. Parkda Xocalı soyqırımı zamanı ödürülmüş insanların sayına uyğun olaraq 613-cü ağac əkilib.

Xəbər lenti

Çox oxunanlar