Bu gün ümumxalq hüzn günüdür. Özünü azərbaycanlı hesab edənhər bir şəxsbu günün ağrısını ürəyində hiss etdiyi bir məqamda Xocalı soyqırımını öz cılızambisiyalarına vasitə edənlər də var. Əli Kərimlivə ətrafındakılar 20 yanvar hadisəsinin ildönümündə olduğu kimi yenə özlərini ifşa etdilər. Bölücü xislətindən vazkeçə bilməyən Əli Kərimli əslində bununla nə qədər zəif və heç bir dəstəyinin olmadığını göstərdi.
Əslində Xocalı soyqırımı vəbu kimi hadislərin ildönümü bir milli məsələdir.Bu, hər cür siyasi mübarizənin və məqsədin fövqündə dayanır. Hər il olduğu kimi Azərbaycan xalqı bu anlayışın fərqində idi və tək yumruq kimi öz liderinin prezidentinin ətrafında birləşdi. Keçirilən ümumxalq yürüşündə prezident İlham Əliyevinarxasınca 53 minlik bir insan izdihamı yürüdü.
Amma bu ümumxalq hüzn gününü öz cılız siyasi məqsədlərinə vasitəyə çevirənlər də tapıldı. Bütün milli məsələlərdə hər zaman Azərbaycan dövlətinə müxalif qalan radikallar bu dəfə də xislətindən vaz keçmədi. Əli Kərimliümumxalqyürüşünə qatılmayaraq ətrafındakı 5-10 nəfərlə Xocalı abidəsinə ayrıca gəldi. Bununlada bir daha göstərdiki onun üçün ümummilli məsələ anlayışı yoxdur. Öz siyasi məqsədlərinə hər şeyi qurban verən Əli Kərimli növbəti dəfə özünü ifşa etdi. Həm də əslində nə qədər zəif və aciz olduğunu nümayiş etdirdi.Özünü müxalifətin lideri adlandıran Əli Kərimlinin ətrafında cəmi 5-10 nəfər var idi. Özüdə bu insanların sayıda get gedə azalır. Yəqin ki, mitinqlərdən fərqli olaraq bu dəfəhəmin adamlara pul vəd etməyib. Ətrafında barmaqla sayılacaq qədər az insanın olduğu bu şəxs görəsən nəyin əsasında hakimiyyətə iddia edir?Pafolsu çıxışlarla hansı dəstəkdən danışır?
Əgər Əli Kərimli xalq dəstəyinin necə olduğunu görmək istəyirsədövlət başçısının arxasında yürüyən izdihama baxsın. Xalq kimə inanırsa, kimə güvənirsə o şəxsin də arxasınca gedir. Pafoslu çıxışlara, boş vədlərə inananların sayı elə bu gün Əli Kərimlinin ətrafındakı insanlar qədərdir. Xalqın mütləq əksəriyyəti isə vədlərini əməlləri ilə bütövləşdirən,hər zaman öz xalqının yanında olan əsl liderini,prezidentini dəstəkləyir.
Əsassız ittihamlar, pafoslu nitqlər və yalançı vədlərlə özünə dəstək qazanmağa çalışan Əli Kərimli bir vətəndaşın adi sualını cavablandıra bilməyəcək qədər acizdir.
Bütün bunlar bir daha kimin kim olduğunu gözlər önünə sərir. Öz ambisiyalarını hər cür müqəddəs dəyərdən üstün tutanlartəklənməyə məhkumdur. Bu gün olduğu kimi.