Xəzər Xəbər

Bir gecədə bütün ailəsi məhv oldu - Rəhilə Quliyeva acı xatirələrini bizimlə bölüşdü - VİDEO

Veb TV | 20:21 • 26 Fevral 2019
Bir gecədə bütün ailəsi məhv oldu -

Xocalı faciəsi onun həyatında da silinməz izlər qoyub. Bir gecədə həm ömür-gün yoldaşını, həm də oğlunu itirib. Dəhşətli gecədə hətta 22 ən yaxın qohumu da qətlə yetirilib. Rəhilə Quliyeva o günün acı xatirələrini bizimlə bölüşdü.

Bir gecənin içərisində ailəsi dağılıb. Həm şəhid xanımı, həm də şəhid anası olub.

Xocalı sakini Rahilə Quliyeva 27 il əvvəl baş vermiş Xocalı faciəsində 22 doğmasını şəhid verib. Deyir ki, Xocalı faciəsinə dair hər bir statistikada ona aid nüanslar var.

Rahilə xanım həmin dövrü böyük ağrı ilə xatırlayır. "Fevralın 26-da səhər hamı sakitləşdi ki, hər şey bitti. Ancaq bilmirdik ki, ermənilər əsil tələni həmin gün oradakı Qaraqaya deyilən yerdə qurublar. Ermənilər bilirdilər ki, bizim Ağdama çıxağacağımız yeganə yol meşə yoludur. Camaat gələndə atışma başladı. Xocalı da ən çox öldürülənlər 26-sı günorta saatlarında oldu",- deyən Rəhilə Quliyevanın sözlərinə görə, elə ən yaxınlarını da məhz orada itirib.

Həyat yoldaşını və oğlunu itirən qadını ermənilər əsir almaq istəyib. Həmin vaxt 3 aylıq hamilə olan Rahilə Quliyeva əsirlikdən xilas olmaq üçün özünü sıldırım qayadan atıb.

Xocalı Rəhilə Quliyeva üçün fərqli bir dağdır. Qızına hamilə olan qadın faciədən altı ay sonra onu dünyaya gətirib. İndi qızının 26 yaşı var, ailəlidir, iki övlad böyüdür.

Xəbər lenti

Çox oxunanlar