Xəzər Xəbər

Müavinət və təqaüdlər 70-80 % civarında artıb VİDEO

Veb TV | 20:10 • 26 Fevral 2019
Müavinət və təqaüdlər 70-80 % civarında artıb

''Sosial müavinətlər və təqaüdlərin 70-80 % civarında artırılması Azərbaycan dövlətinin gücünü, qüdrətini göstərir''. Bunu millət vəkili Musa Quliyev uşaqlar və 18 yaşından aşağı şəxslərə aid olan müavinət və təqaüdlərin artırılmasından danışarkən bildirib. Millət vəkili bu artımların əhalinin sosial rifahının yaxşılaşmasına əhəmiyyətli dərəcədə təsir edəcəyini qeyd edib.

''Cəmiyyətin aztəminatlı kateqoriyasına sosial ödənişlərin böyük həcmdə artırılması dövlətinin əsas prioritetinin nə olduğunun göstəricisidir''.Bunu Millət vəkili Musa Quliyev 'uşaqlar və 18 yaşından aşağı şəxslərələ bağlı olan müavinətlər və təqaüdlərin artırılmasını şərh edərkən bildirib. Beləki 6 bənddən ibarət olan bu artımlarla sağlamlıq imkanlarıməhdud olan 18 yaşından aşağı uşaqlar üçün müavinət 82 manatdan 150 manata, ailə başçısının itirməyə görə hər bir ailə üzvünə verilən müavinət 68 manatdan 80 manata, valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına verilən müavinətlər isə 61 manatdan 100 manata çatdırılıb.Musa Quliyevin sözlərinə görə belə böyük həcmli artımlar dünya dövlətlərində nadir hallarda görünür.

Bu artımlarla həm də müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün müavinət 68 manatdan 100 manata, beşdən çox uşağı olan valideynlərin hər uşağı üçün müavinət 33 manatda 55 manat, uşağın dünyaya gəlməsinə görəmüavinət isə 109 manatdan 200 manata çatdırılıb, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə isə 50 manat təqaüd veriləcək. Musa Quliyevin sözlərinə bu artım sosial rifahı yaxşılaşdırmaqla yanaşı demoqrafik vəziyyətədə müsbət təsir edəcək.

Musa Quliyevin sözlərinə üstəlik ökə başçısının bu artımların davam edəcəyi ilə bağlıda məlumat verib ki, bu da ölkənin sosial vəziyyətinin növbəti illərdə daha da yaxşılaşacağını göstərir.

Xəbər lenti

Çox oxunanlar