Xəzər Xəbər

Problemli kreditlərlə bağlı ciddi addım atılacaq VİDEO

Veb TV | 20:02 • 26 Fevral 2019
Problemli kreditlərlə bağlı ciddi addım atılacaq

Ötən gün prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə problemli kreditlərlə əlaqədar bir anons verdi. Dövələt başçısının bu açıqlamalarıbir daha göstərdi ki, dövlət əhalini narahat edən məsələlərə daim diqqətlə yanaşır və problemin həllində əsas yükü öz üzərinə götürür. Məsələni şərh edən ekpertlər bu fikirdədir.

Dövlət başçısının müşavirədə problemli kreditlərlə bağlı səsləndirdiyi fikirlər bu sahədə çox ciddi sosial addımın atılacağını göstərir. İqtisadçi ekspertVüqar Bayramov deyir ki, bununla bağlıətraflı təhlillərin aparılmasında məqsədnümunə təşkil edəcək qərarın qəbul edilməsidir.

İqtisadçı Vüqar Bayramov deyir ki, buməsələdə vətəndaşlarınmaraqları əsas götürüləcək.

Ekspertin sözlərinə görə problemli kreditlərin həlli ilə bağlı məhz vətəndaşların maddi rifahını əsas götürülməsi dövlət üçün müəyyən xərclər yaradacaq.Vüqar Bayramov vurğulayıb ki, dövlətin bu addımı bir daha göstərdi ki, vətəndaşları narahat edən məsələlərin həlli ən əsas vəzifələrdən biridir.

Qeyd edək ki, problemli kreditlərlə bağlı məsələ artıq yekunlaşmaq üzrədir.Yaxın vaxtlarda bununla bağlı qərarın açıqlanacağı gözlənilir.

Xəbər lenti