"Xocalıya çağırış var, Xocalıya qayıdış var, Xocalıya dönüş var!" . Bu kimi şüarlarla Goranboyda yaşıyan xocalılılar yürüş keçirdi.
Yürüşdə Xocalı Rayon İcra Hakimiyyətinin rəsmiləri və qəsəbə sakinləri iştirak ediblər. Bayraq Meydanından qəsəbə mərkəzinə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəyə doğru hərəkətə başlayan və 2 minə yaxın insanın iştirak etdiyi yürüşün məqsədi faciə qurbanlarının xatirəsini yad etmək, erməni faşistləri tərəfindən bəşəriyyətə qarşı törədilmiş cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq olub.
Yürüş iştirakçıları faciədə qətlə yetirilən şəhidlərinin şəkillərini və soyqırımı qurbanlarının adları yazılmış lövhələri tutublar. 27 il öncə törədilən faciənin şahidləri isə həmin gecəni ürəksızıltısı ilə xatıralıyıblar.
Yürüş iştirakçıları səsgücləndiricilər vasitəsilə "Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətdir!", "Serj Sarkisyan - körpələrin qatili!", "Xocalıya çağırış var, Xocalıya qayıdış var, Xocalıya dönüş var!" və s. çağırışlar və şüarlar səsləndiriblər. Düşmənə qarşı böyük nifrət və kinlə irəliləyən kütlənin yürüşü qəsəbənin mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət etməklə başa çatıb. Sonda Xocalıdan olan məktəblilərin hazırladığı əbədi bədii kompazisiya nümayiş etdirlib.