Xəzər Xəbər

Azərbaycan xalqı Xocalı abidəsinə axın etdi VİDEO

Veb TV | 18:39 • 26 Fevral 2019
Azərbaycan xalqı Xocalı abidəsinə axın etdi

Səhər saatlarından on minlərlə insan Xocalı soyqırımı abidəsinə doğru axın edib. Vəzifəsindən, işindən asılı olmayaraq hər kəs Xocalı üçün bir cərgə olub və Bakıdan dünyaya Xocalı soyqırımını törədənlərə ədalət cağırışı ediblər.

Səhər saatlarından insanlar Xocalı Soyqırımını dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, eləcə də bu faciədə şəhid olan insanların ruhuna ehtiram üçün soyqırımı abidəsinə axın etdi.

Azadlıq meydanından metronun "Xətai" stansiyasının yaxınlığındakı Xocalı Soyqırımı abidəsinə qədər davam edən yürüşdə çoxsaylı plakatlar da diqqət çəkib.

Çoxsaylı insanlar yürüşdə iştirak etməyi şəhidlərə olan vəfa borcu hesab edirlər.

Faciənin ən çox ağrı-acısını yaşayanlar isə 1992-ci ilin bu gecəsində yaxınlarını və ailə üzvlərini itirənlərdir.

On minlərin qatıldığı yürüş gün boyunca davam edib.

Xəbər lenti