Rusiyada bir müddət əvvəl yağan qara qarın ardından, indi də yaşıl qar yağıb.
Rusiya mediasının verdiyi məlumata görə, buna səbəb xrom fabrikindən sızan kimyəvi tullantılar olub.
Bu hal Pervouralsk sakinlərini təşvişinə səbəb olub. Onlar qarın zəhərli ola biləcəyini düşünərək bayıra ancaq maska ilə çıxırlar.
Xatırladaq ki, bir müddət əvvəl də Novokuznets şəhərində kömür mədənində problemlə əlaqədar qara qar yağmışdı./faktxəbər