Xəzər Xəbər

Qədim abidəyə ziyan vuranlar - Bu şəxsləri 300 manatdan 8 min manata qədər cərimə gözləyir - VİDEO

Veb TV | 20:26 • 25 Fevral 2019
Qədim abidəyə ziyan vuranlar -

Bəzi vətəndaşlar Qobustan milli tarix-bədii qoruğunun ərazisində olan və qorunub-saxlanılan qədimi qayaların üzərinə müxtəlif yazılar yazmaqla yanaşı, qayaları mismarla cızıb zərər vururlar. Qoruqdan isə bu əməli törədən şəxslərə xərbərdarlıq edilib. Qoruq ərazisində qaydaları pozanlar 10 min manata qədər cərimə oluna bilər.

Biri öz adını digəri isə təhsil aldığı universitetin adını və oxuduğu qrupun nömrəsini yazıb. Hətta buradakı daşların üzərinə sevgi statuslarını yazanlar da var.

Adətən bu cür yazılara ağacların,daşların və avtobus oturacaqlarının üzərində görsək də, bu dəfə gələcək nəsillərin görüb bilməsi üçün qorunub-saxlanılan qədimi abidələrin üzərində rast gəldik. Görüntülər Paytaxtın Qaradağ rayonu ərazisində yerləşən Qobustan Milli Tarix-Bədii Qorğundandır.

Bura üz tutan yerli turistlərin bəziləri qoruq ərazisində gəzən zaman qaydaları pozur. Onlar qoruqda olan qayaların üzərinə müxtəlif yazılar yazmaqla qədimi abidələrə ziyan vururlar. Ərazidə çəkiliş aparan zaman qayaların üzərində Təhsil aldığı universitetin adının, öz adlarının,eləcədə sevgi statuslarının yazıldığının şahidi olduq.Bəziləri isə qayaların üzərində dəmir parçaları ilə izlər qoyub. Baxmayaraq ki, qoruq ərazisində qayalara zərər vurulmaması ilə bağlı bir neçə xəbərdar edici işarələr qoyulub.

Bu kimi halların qarşısını almaq üçün Qobustan Milli Tarix-Bədii Qoruğundan buraya gələn yerli turistlərə bəzi xəbərdarlıqlar edilir. Qoruğun direktoru Vüqar İsayevin sözlərinə görə,xüsusən havalar isti olan müddətdə qoruğa çoxlu sayda həm yerli,həm də xarici turistlər gəldiyindən hər bir turistə bələdəçi ayırmaq qeyri-mümkün olur.Ancaq buna baxmayaraq qoruqda olan qədim qayaların qorunmasına ciddi nəzarət edilir.

Vüqar İsayev deyir ki,qoruq ərazisində olan qayalara zərər vuran şəxslər birbaşa məsuliyyət daşıyır. Qaydaları pozanlar inzibati xətalar məcəlləsinə görə cərimə oluna bilər.

Qobustan Milli Tarix-Bədii Qorğunda 6 mindən artıq qayaüstü rəsmlər və müxtəlif fondlarda 100 mindən artıq arxeoloji materiallar saxlanılır.

Xəbər lenti