Xəzər Xəbər

“Ana harayı” abidəsi sabah üçün hazırdır VİDEO

Veb TV | 20:08 • 25 Fevral 2019
“Ana harayı” abidəsi sabah üçün hazırdır

Xocalı parkında abadlıq işləri yekunlaşıb. Park ziyarətçiləri qəbul etməyə tam hazırdır. Artıq bu gündən insanlar "Ana Harayı" abidəsinin qarşısına gələrək Xocalı Soyqırımının qurbanlarının xatirəsini yad edirlər. Bu arada sabah şəhərin bir sıra istiqamətlərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Minlərlə soydaşımızın ziyarət yerinə çevrilən Park-xiyaban ziyarətçiləri qəbul etmək üçün hazırdır.Paytaxtın Xətai Rayonun Yusif Səfərov küçəsi və Xocalı prospektində yaşıllıq örtüyü yenilənib, rəngarəng güllər və dekorativ kollar əkilib.

Həmçinin yaşayış binaların üzərinə faciə qurbanlarınınfotoşəkilləri yerləşdirilib. Anım günü sabah olsa da''Ana Harayı '' abidəsini xeyli insan ziyarət edib, gül qoyub

Qeyd edək ki, sabah şəhərin bir sıra istiqamətlərində nəqliyyat vasitələrinin hərəkəti tamamilə məhdudlaşdırılacaq. Bakı şəhər Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, Xocalı Soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 26-da keçirilməsi nəzərdə tutulan yürüşlə bağlı paytaxtın Neftçilər, Xocalı prospektləri, Yusif Səfərov, Nəcəfqulu Rəfiyev və bu istiqamətdə kəsişən və ya paralel olan küçə və prospektlərdə bütün avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Xəbər lenti