Masallıda qaçırılan qızın qohumları oğlan evinə hücum edib. 4nəfər birləşərək evin əşyalarını dağıtdıqdan sonraər- arvadıbıçaqlayıblar.
Evin şüşələri sındırılıb,əşyalar dağıdılıb..
Masallı rayonunda qaçırılan qızın qohumları oğlanın evinə hücum edərək,evdəkilərə bıçaqla xəsarət yetiriblər.Hadisə rayonunun Alışanlı kəndində baş verib.Kənd sakini 50 yaşlı XalıqHəsənovun iddiasına görə onun yaşadığı evə 4 nəfər basqın edərək özünü vəonun həyat yoldaşı, 50 yaşlı XanımHəsənovaya bıçaqla xəsarət yetiriblər.
Xalıq Məmmədovun bildirdiyinə görə oğlu 21 yaşlı Nahid Həsənov bir gün əvvəl qonşu Səmidxanlı kəndindən qız qaçırıb. Qız öz istəyi ilə qaçdığını yazılı şəkildə bildirib. Bununla razılaşmayan qohumlar oğlanın atasının evinə hücum çəkərək qızın geri qaytarılmasını tələb ediblər. Qızı evdə görmədikdə ev əşyalarını dağıdıblar. Hadisədən sonra xəsarət alan şəxlər xəstəxanaya aparılıb.Onlar tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Hadisə ilə bağlı ev sahibi polisəməlumat verib. Evə basqın edən 4 nəfər saxlanılıb və izahatları alındıqdan sonra sərbəst buraxılıb.Faktla bağlı araşdırma aparılır.