Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncam 577 min insanı əhatə edəcək və bunun üçün bu il büdcədən 302 milyon manatın ayrılması nəzərdə tutulur. Gələn il üçün bu rəqəm 400 milyon olacaq.
Bundan başqa, 1-ci qurup müharibə əlillərinin sosail müavinətləri 150 manata, prezident təqaüdçülərinin isə müavinətləri 250 manata çatdırılıb. Bununla da 1-ci qurup əlilləri ümumilikdə ayda 400 manat müavinət alacaqlar. İkinci qurup müharibə əlillərinin isə sosial müavinətləri 350 manata qaldırılıb.
Yaşa görə müavinət isə 73 manatdan 130 manata qaldırılıb. Bu da 60 min adamı əhatə edəcək. ailə başçısını itirməyə görə müavinətlər 68 manatdan 80 manata qaldırılıb.Eyni zamanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların himayəçiləri üçün müavinətlər 61 manatdan 100 manata qaldırılıb. beşdən çox uşağı olan qadınların hər uşağı üçün verilən müavinətlər isə 33 manatdan 55 manata, uşağın anadan olmasına görə isə 109 manatdan 200 manata qaldırılıb. dəfn üçün ödənilən sosial müavinətin isə məbləği 146 manatdan 300 manata qaldırılıb.
Nazir onu da qeyd etdi ki, təkcə Fevral ayında verilən son üç qərarla 1 milyon 500 mindən artıq insanın sosial müdafiəsi gücləndirilib.