Bu xəbərimiz mühərrik yağının avtomobili sıradan çıxarması ilə bağlıdır. Paytaxt sakinlərindən birinin iddiası belədir. Nicat Həsənov adlı şəxs deyir ki, mühərrik yağını dəyişəndən bir qədər sonra avtomobilin mühərriki sıradan çıxıb. Bu zaman ona 5 min manatdan artıq ziyan dəyib.
Avtomobilinə alıb tökdüyü mühərrik yağı maşında problemlərə səbəb olub..
Paytaxt sakini Nicat Həsənov iddia edir ki, o avtomobilin muhərrik hissəsini yağın məxsus olduğu şirkətin azərbaycandakı nümayəndələrinin yanında sökdürüb.Hətta şirkət tərəfindən ona dəyən ziyanın ödəniləcəyi də deyilib.Nicat Həsənov deyir ki, həmin hadisəyə görə ona ümumilikdə 5 min 500 manat ziyan dəyib.
Müsahibimiz deyir ki, şirkət nümayəndələri araşdırma aparmaq üçün avtomobilin hətta filtirini də ondan alıblar. Ona bildiriblər ki, həmin filtir şirkətin türkiyədəki ofisinə göndəriləcək və problemin səbəbi aydınlaşdırılacaq. Hadisədən 3 ay keçməsinə baxmayaraq şirkət hələ də nəticə barədə sürücüyə məlumat verməyib. Bununla yanaşı, ona dəyən ziyan da ödənilmir.
Məsələ ilə bağlı qarşı tərəflə əlaqə saxladıq. Şirkətin azərbaycandakı nümayəndəsi Elgiz Əliyev bildirdi ki, istifadə edilən yağ onlara məxsus rəsmi distributerdən alınmayıb.
Elgiz Əliyev bildirdi ki, hazırda satışda eyni adlı saxta mühərrik yağları da satılır. Sürücü Nicat Həsənovun istifadə etdiyi həmin mühərrik yağı saxta məhsul da ola bilər.