Azərbaycanlı gənc mütəxəssis brayl əlifbasını öyrədən yeni bir cihaz düzəldib. Bu cihaz vasitəsilə görmə məhdudiyyətli vətəndaşlarımız bu əlifbanı asanlıqla öyrənə biləcəklər. Cihazın bir çox üstünlükləri var.
Bir neçə düyməyə toxunmaqla həm rəqəm, həm hərf öyrənəcəklər. Hətta bir yox, bir neçə dildə.
Gənc mühəndis Rəşid Əliyevin yeni hazırladığı cihaz görmə məhdudiyyətli insanların brayl əlifbasını öyrənmələrini xeyli asanlaşdıracaq..
Cihazın ən böyük üstünlüyü dil seçimi ilə bağlıdır. Yəni cihazı əvvəlcədən istədiyiniz dildə sifariş edə bilərsiniz...
Bugünədək 400-dən çox istehsal edilən cihazın təkmilləşdirilmiş formasının da yaxın vaxtlarda istehsalına başlanılacaq.
Cihazın istehsalı startap layihəsi çərcivəsndə baş verib.
Cihazın bazar qiyməti 60 dollardır.