Bu gün günorta saatlarında Bakıda çox mərtəbəli yaşayış binasında yanğın baş verib. Yanğın zamanı 60 dan çox sakin təxliyə edilib,4 nəfər isə tüstüdən zəhərlərnib. Bu hadisədən də sui istifadə etmək istəyəndə olub. Belə ki, bir nəfər insanların təlaşından istifadə edərək boş evlərdən oğurluq etməyə cəhd edib. Amma həmin şəxs də hadisə yerindəcə saxlanılıb.
Çoxmərtəbəli binanın yanğın baş verdi.
Hadisə günorta saatlarında yasamal rayonu Şəfayət mehdiyev küçəsində qeydə alınıb.Yanğın barədə məlumat daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin dövlət yanğından mühafizə xidmətinin 18 yanğınsöndürən maşın və 70 nəfər canlı heyəti hadisə yerinə cəlb edilib.
Qısa bir zamanda binada qalan sakinlər təxliyyə edilib.
Yanğında zəhərlənən 4 nəfər 1 saylı kliniki tibbi mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib. 5 uşaq olmaqla 11 nəfərə isə yerində yardım göstərilib.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, tüstüdən zərər çəkərək toksikologiya şöbəsinə yerləşdirilən şəxslərin hamısı artıq evə buraxılıb.
İlkin ehtimala görə, hadisəyə elektrik xəttlərinin yüklənməsi səbəb olub.
Bundan başqa, araşdırmalar zamanı məlum olub ki, binanın yanğından mühafizə sistemi işlək vəziyyətdə deyilmiş.
Yanğın zamanı bir nəfər isə insanların təlaşından istifadə edərək boş qalmış evlərdən oğurluq etməyə cəhd edib.Hadisə yerində olan polis əməkdaşları şübhəli şəxsi saxlayıb
Həmin şəxsin barəsində araşdırma aparılır.