Xəzər Xəbər

Canavarların hücumu ilə bağlı yaradılan işçi qrup fəaliyyətə başlayıb - VİDEO

Veb TV | 19:55 • 24 Fevral 2019
Canavarların hücumu ilə bağlı yaradılan işçi qrup fəaliyyətə başlayıb -

Son vaxtlar canavarların Goranboyun bir neçə kəndinə hücum etməsindən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və "Azərovçu" İctimai Birliyinin əməkdaşlarından ibarət işçi qrup ərazidə həm gündüz, həm də axşam saatlarında fəaliyyət göstərirlər. Onlar yıtıcıların ən çox hücum etdikləri istiqaməti müəyyənləşdirir, pusqular quraraq havaya atəş açırlar.

Xezerxeber.az-ın məlumatına görə, ovçular ötən gecə ərazidə olan zaman canvarlarla üzə-üzə gəliblər.

Ovçuların sözlərinə görə, vəhşi heyvanlar barıt iyini duyduqlarndan bir müddətdir heyvan parçaladıqları əraziyə yaxın gəlmirlər.

Yerli sakinlərlə maarifləndirmə işləri aparan işçi qrupun üzvü Fariz Qarayev deyir ki, yırtıcıların heyvanlara hücumu əsasən onlar nəzarətsiz qaldıqda olur. Ona görə də sakinlər heyvanları ərazidə nəzarətsiz buraxmamalıdırlar.

Qeyd edək ki, fevral ayı ərzində yırtıcılar Goranboy rayonunun Bolusu, Eyvazlılar kəndlərində sakinlərə məxsus 20-ə yaxın heyvanı tələf ediblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti