Əməkdaşlarımız tikinti materialları bazarında olublar, qiymətlərlə maraqlanıblar. Müşahidələr onu deməyə əsas verir ki, qiymətlərdə ciddi dəyişiklik yoxdur. Hətta bəzi materiallarda ucuzlaşma var.
Havaların mülayim keçməsi tikinti bazarını canlandırıb.
Tikinti materialları bazarında qış aylarından qalan durğunluq artıq başa çatmaq üzrədir. Satıcılar deyirlər ki, alıcılıq qabiliyyəti əvvəlki aylara nisbətdə artsa da, qiymətlər əsasən dəyişməz qalıb.
Xüsusilə də hər il bu vaxtlar dam örtüklərinə tələbat artır. Qiymətlər isə istehsalçı ölkəyə və materialın qalınlığına görə dəyişir.
Bəzi tikinti materiallarının qiyməti isə nisbətən ucuzlaşıb.
Əsas tikinti materiallarından olan qumun və sementin qiyməti isə dəyişməz olaraq alıb.
Satıcılar qiymətlərin az da olsa düşməyə davam edəcəyini deyirlər.