Bərdə polisi heroin satan şəxsi iş başında yaxalayıb. Saxlanılan şəxsin evinə baxış zamanı isə orada xeyli narkotik vasitə və silah-sursat aşkarlanıb. Bakıda da silahlı şəxs tutulub.
Evdə xeyli narkotik və silah-sursat aşkar edilib.
Əməliyyatı Bərdə polisi keçirib. Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarışları tədbirləri nəticəsində Salman Salmanzadə heroin satarkən saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilərkən isə oradan müxtəlif bükümlərdə və qablaşdırmalarda heroin, tiryək,metamfetamin, müxəlif həblər, marixuana, kalsium permanqanat və xeyli çətənə kolunun toxumları aşkar edilərək götürülüb. Axtarış zamanı mənzildən saxta xeyli pul, 7 ədəd müxtəlif markalı mobi ltelefon və qanunsuz saxlanılan silah-sursat da tapılıb.
Salman Salmanzadə isə narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini, saxta pulların da narkotik bağlamasının içərisində gəldiyini deyib.
Bakıda da silahlı şəxs tutulub. Binəqədi rayon 5-ci polis bölməsi əməkdaşları əməliyyat nəticəsində əvvəllər bir neçə dəfə məhkum olunmuş Sumqayıt şəhər sakini Həsənağa Mirzəyevi saxlayıb.Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd atəşə yararlı Çexiya istehsalı olan tapança, 1 ədəd patron darağı və 4 ədəd patron aşkar olunaraq maddi sübut kimi götürülüb. Faktla bağlı Həsənağa Mirzəyev barəsində cinayət işi başlanıb, rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.