Xəzər Xəbər

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bu yol təmir olunur - VİDEO

Veb TV | 17:18 • 23 Fevral 2019
SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ:

Bakıda daha bir yol əsaslı təmirə bağlanıb. Sabunçu və Suraxanı rayonlarının üç qəsəbəsini birləşdirən yolda artıq köhnə asfalt qatı frezlənərək kənara daşınıb. Hazırda yolda birinci asfalt qatının vurulması işləri aparılır.

Üç qəsəbəni birləşdirən yol əsaslı şəkildə təmir edilir.

Söhbət paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsi və Suraxanı rayonu Qaraçuxur və Yeni Suraxanı qəsəbələrini birləşdirən Səməd Bəy Mehmandarov küçəsindən gedir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları bir neçə gündür ki, uzunluğu 5,1 kilometr, eni isə 20 metr olan olan yolda əsaslı təmir işlərinə başlayıblar.

Layihəyə uyğun olaraq köhnə asfalt-beton örtüyü artıq frezlənərək kənara daşınıb.Qabarmış və dağılmış hissələr isə qazılaraq çıxarılıb. Vətəndaşların rahat hərəkəti üçün səkilər də bərpa edilir.

Təmir-tikinti işlərinin sonuncu mərhələsində nəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə yol boyu yolcizgi və yolgöstərici xətlər, piyada zolaqları çəkiləcək, zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq. Yolun bir neçə aya istifadəyə verilməsi nəzərdə tutulub.

Xəbər lenti

Çox oxunanlar