Dryu iş tapmaq üçün çox çalışıb. Ayaq döymədiyi yer qalmayıb, amma onu işə götürmək istəməyiblər. Dryunun dediyinə görə, azı 100 yerə müraciət edibmiş. Axırda hər şeydən bezən qız alternativ yollar haqqında düşünməyə başlayır. Əvvəlcə qarşısına gündə ən azı 10 funt sterlinq qazanmağı hədəf qoyur və bunun üçün bloggerliyə başlayır. Emmanın işləri uğurlu alınır. Dryu evdə oturmaqla ildə 25 min funt sterlinq qazanmağa başlayır. Bir kişi ilə tanış olması onun maddi vəziyyətini lap yaxşılaşdırır. Hər ikisi bloggerlik edir və çox qazanırlar.
Cütlük xeyli varlanıb. Dryu deyir ki, uzun müddət işsiz qalmasaydı, belə ideya ağlına gəlməyəcəkdi. Amma işi də asan deyil. Çoxlu pul qazanmasına baxmayaraq, videolarına neqativ rəy az olmur./Bizimyol.info