Sumqayıtdakı Polipropilen Zavodunun tam gücdə testləri keçirilib və 1-2 ay ərzində çalışmağa başlayacaq.
Xezerxeber.az-ın məlumatına görə, bunu "SOCAR Polymer" MMC-nin baş direktoru Fərid Cəfərov jurnalistlərə mediatur zamanı deyib.
Onun sözlərinə görə, bu il Sumqayıt Kimya Sənaye Parkı ərazisində yerləşən "SOCAR Polymer"in Polipropilen Zavodunda 140 min ton məhsul istehsalı nəzərdə tutulur.
Hazırda polipropilen Rusiya, Türkiyə, Ukrayna, Belarusa satılır, yaxın zamanda isə Avropa, Çin və Hindistana ixrac planlaşdırılır. Zavodda ilkin olaraq 170 ton məhsul Türkiyə bazarına ixrac olunub.
Xatırladaq ki, "SOCAR Polymer" Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı əsasında yaradılmış ilk şirkətdir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: