Bir xidməti itin birillik saxlanma xərci qida rasionundan asılı olaraq 1000-2000 manat arasındadır. Onun Avropada satışı isə 10-15 min avrodur.
Xezerxeber.az-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzin rəisi İlkin Osmanov deyib.
Qeyd edək ki, bu gün Dövlət Gömrük Komitəsinin Akademiyasına mediatur təşkil edilib.
Mediatur zamanı o da bildirilib ki, ölkəyə 9 ədəd "Body Scan" yoxlama aparatı gətirilib. Yaxın zamanda ölkənin bütün beynəlxalq hava limanlarında yeni yoxlama aparatları quraşdıracaq. Sözügedən cihazın cənub sərhəd-keçid məntəqələrində də quraşdırılması nəzərdə tutulur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: