Xəzər Xəbər

İŞİD-in videolarını səsləndirən şəxs tutuldu VİDEO

Veb TV | 10:18 • 18 Fevral 2019
İŞİD-in videolarını səsləndirən şəxs tutuldu

Xəlif etdiyi əməllərə görə peşman olmadığını dilə gətirib.

"Suriya demokratik qüvvələri”nin döyüşçüləri ölkə ərazisində İŞİD-in ingilisdilli təbliğat videoçarxlarını səsləndirən şəxsi saxlayıb.

Bu barədə "The New York Times” məlumat yayıb.

Qəzetin məlumatına görə, saxlanılan şəxs 35 yaşlı Afrika əsilli Kanada vətəndaşı Məhəmməd Xəlifdir. Onun İŞİD qruplaşmasının onlarla video və audioyazısını, o cümlədən, döyüşçülərin əsirləri edam etməsi görüntülərini səsləndirdiyi güman edilir.

Səsyazmalarda Xəlifin səsinin yer aldığını artıq üç müstəqil ekspert və ABŞ rəsmisi təsdiqləyib.

Onların sözlərinə görə, terrorçu qruplaşmanın onun kimi ingilis dilində səlis və ləhcəsiz danışan təbliğatçılara ehtiyacı var idi. Qəzetə verdiyi açıqlamada Xəlif etdiyi əməllərə görə peşman olmadığını dilə gətirib. Hazırda o, Suriyada həbsdədir.(oxu.az)

Çox oxunanlar