Düşmənlə az məsafədə yerləşən ön xətdə dumanlı hava şəraiti hökm sürür. Lakin burada xidmət edən hərbçilərin dilində yalnız bir şüar var: "Azərbaycan Respublikasına xidmət edirəm!". Bu xidmət üçün isə hava şəraitinin heç bir fərqi yoxdur.
Xezerxeber.az-ın məlumatına görə, ön xətdə xidmət edən hərbçilər üçün bütün lazımi şərait yaradılıb.
Gecə-gündüz ayıq-sayıq xidmət təşkil olunur. Düşmən tərəfindən təxribat və atəşkəsin pozulması halları da tez-tez baş verir. Postlarda müasir silah, müşahidə cihazları və isti, zirehli geyimlə təchiz olunan hərbçilərimiz isə düşmənin istənilən təxribatına və atdığı hər bir mərmiyə ikiqat cavab verirlər.
Düşmənlə üz-üzə dayanan Azərbaycan hərbçisi vüqarla deyir ki, Vətənin müdafiəsi əmin əllərdədir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: