Azərbaycan və çeçen xalqlarının münasibətləri tarixin sınaqlarından keçib.
Xezerxeber.az-ın məlumatına görə, Qafqaz xalqlarının tarixini araşdırmış, publisist Həmid Herisçi Moskvada baş verən məişət səviyyəsindəki insidentin şişirdilməsində kənar qüvvələrin əlinin olduğunu deyir.
Moskvada məişət zəminində baş verən hadisəyə siyasi don geyindirilməyə çalışan, iki xalq arasında gərginlik yaratmaq istəyənlər var. Görünür, Qafqazda sabitlik və təhlükəsizlik bəzi separatçı qüvvələri qıcıqlandırır. Bir vaxtlar "DinaPress'' Çeçen-Azərbaycan agentliyinin baş direktoru olan, Qafqaz xalqlarının tarixi haqda geniş təcrübəyə malik, araşdırmaçı-publisist Həmid Herisçi Azərbaycan və çeçen xalqlarının dostluq münasibətlərinin tarixin çətin sınaqlarından keçdiyini deyir. Çeçen müharibəsi zamanı minlərlə çeçen Azərbaycana pənah gətirmiş, Azərbaycan xalqı onlara qucaq açmışdı.
Həmid Herisçi deyir ki, çətin anlarda hər iki xalq bir-birinə dəstək olub.
Publisist-araşdırmaçı bildirir ki, bu hadisənin siyasiləşdirilməsi cəhdlərinin arxasında üçüncü qüvvələr var. Xüsusilə siyasi cəhətdən bir çox gözləntilərin olduğu bir ərəfədə.
Həmid Herisçi deyir ki, istər xalqlar, istərsə də dövlətlər arasında qarşılıqlı etimada söykənən yüksək səviyyəli münasibətlər mövcuddur. Azərbaycanın Rusiya ilə, o cümlədən Çeçenistanla olan yüksək səviyyəli əlaqələrindən narahat olan qüvvələr öz istəklərinə çata bilməyəcək. Buna Azərbaycan və çeçen xalqı icazə verməz.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: