Xəzər Xəbər

Birgə bəyanat: Azərbaycanlılarla çeçenlər arasında insidentin videoyazısı təxribatdır - VİDEO

Veb TV | 17:04 • 16 Fevral 2019
Birgə bəyanat: Azərbaycanlılarla çeçenlər arasında insidentin videoyazısı təxribatdır -

Azərbaycanlılarla çeçenlər arasında insidentin videoyazısı təxribatdır.

Trend-in məlumatına görə, bu barədə Moskvada yaşayan azərbaycanlı və çeçenlərin birgə bəyanatında deyilir.

Bəyanatda deyilir: "Biz dinc şəkildə yaşayırıq və bir-birimizə hörmət edirik. Müsəlman olun, düzgün olun, dininizi, öz qardaşlarınızı sevin. Azərbaycanlılar və çeçenlər indiki vəziyyətdən narahatdır. Bu təxribatdır. Azərbaycanlılar və çeçenlər heç vaxt düşmən olmayıb. Biz vahid Qafqaz evində yaşamışıq. Mən bu videonu yayan dostlarıma səslənmək istəyirəm: dostluq və qarşılıqlı anlaşma haqqında videolar yayın. Biz hər zaman qardaş olmuşuq və qardaş qalacağıq. Biz yüzilliklər boyunca birgə olmuşuq və birgə qalacağıq. Aramızda düşmənçilik olmayıb və ola da bilməz. Biz müsəlmanıq və biz qardaşıq”.

Bəyanatda bildirilir ki, iki-üç nəfər arasında anlaşmazlıq milli anlaşmazlığa çevrilib:

"Biz hamımız qardaşıq, bizim bölüşmədiyimiz heç nə yoxdur. Biz müsbət söz danışanları alqışlayırıq, mənfi şərhlərə köklənənləri isə susmağa çağırırıq. Xalqlarımız hər zaman ümumi dil tapıb və tapacaq. Bizim bir torpağımız, bir Allahımız var, biz hamımız qardaşıq. Azərbaycanlılar bizim qardaşımızdır. Heç kimin qardaş Azərbaycan xalqını təhqir etməyə ixtiyarı yoxdur. Bu videoyazı təxribatdır”.

Qeyd edək ki, fevralın 14-də Moskvada "Neolit" kafesinin yanında silahlı münaqişə baş verib. Hadisə yerinə gələn polis dava iştirakçılarından 18 nəfəri tutub.

Xəbər lenti