Bakı Nəqliyyat Agentliyi "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələlərin icrası ilə bağlı yeni layihəyə başlayıb. Sərnişin avtobuslarından istifadə edən sərnişinlər sükan arxasında siqaret çəkən sürücünün inzibati qaydada məsuliyyətə cəlb edilməsində iştirak edə bilər.
Belə hallarla qarşılaşan sərnişinlər həmin sürücünün xəta törətməsini aydın əks etdirən görüntü və məlumatları Bakı Nəqliyyat Agentliyinə göndərilməlidir.
Sözügedən məlumatlar xətanın aşkar edildiyi andan 24 saat müddətinədək təqdim edilməlidir. Bakı nəqliyyat Agentliyi sərnişinləri bu məsələdə aktiv olmağa dəvət edir.
Sərnişinlər sürücülərin avtobusda siqaret çəkdiyini təsdiqləsələr də, qarşı tərəf isə bu iddialarla razılaşmır.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq siqaret çəkən sürücü 40 manatdan 50 manatadək məbləğdə cərimələnəcək. Bakı Nəqliyyat Agentlyindən bildirildi ki,rüblük olaraq daha çox inzibati xəta göndərənsərnişin mükafatlandırılacaq.