Xəzər Xəbər

Azərbaycanda kəbinlə bağlı MÜHÜM TƏKLİF - Məsuliyyətə CƏLB OLUNACAQLAR VİDEO

Veb TV | 19:40 • 15 Fevral 2019
Azərbaycanda kəbinlə bağlı MÜHÜM TƏKLİF - Məsuliyyətə CƏLB OLUNACAQLAR

Rəsmi nikahsız kəbin kəsən mollaların məsuliyyətə cəlb olunması təklif edilir...

Bunu Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Milli Məclisdə "Ailə institutunun formalaşmasında qanunvericiliyin rolu" mövzusunda keçirilən tədbirdə deyib. O bildirib ki, ölkədəki bütün məscidlərdə rəsmi nikahsız kəbin kəsmək qadağan edilib. Lakin hələ də buna əməl etməyənlər var.

Hicran Hüseynova təklif edib ki, rəsmi nikah olmadan kəbin kəsən mollalarla bağlı İnzibati Xətalar Məcəlləsində məsuliyyət müyyən edilsin. Komtə sədri həmçinin qeyd edib ki, ölkədə ailə institutunun formalaşması üçün güclü qanunvericilik bazası mövcuddur. Lakin bəzən sui-istifadə halları baş verir. Qanunvericiliklə nikaha daxil olmaq yaşı 18 qəbul edilib. Xüsusi hallarda isə Rayon icra hakimiyyətinin razılığı ilə nikah 17 yaşda da bağlana bilər. Lakin bu vəziyyətdən sui-istifadə edənlər çoxdur. Bu hal əsasən qızqaçırmalarda özünü büruzə verir və əksər hallarda da fəsadlarla nəticələnir.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə bildirib ki, nikaha daxil olanların İcbari tibbi müayinəsi sayəsində irsi qan xəstəlikləri ilə doğulan uşaqların sayında kəskin azalma var. Bunu nəzərə alaraq hepatitlərin də bu siyahıya salınması üçün müraciət edilib.

Tədbir müzakirələrlə davam edib.

Xəbər lenti

Çox oxunanlar