Xəzər Xəbər

Bu ixtisaslar dəyişdirildi VİDEO

Veb TV | 19:50 • 15 Fevral 2019
Bu ixtisaslar dəyişdirildi

Ali məktəb ixtisaslarına dəyişikliklər edilib. İxtisasların sayı 175-dən 148-ə qədər azaldılıb. Bu, nazirlər kabinetinin qərarı ilə "ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların təsnifatında" təsdiq olunub. Qərara əsasən, dar ixtisaslaşmanı əhatə edən bir neçə uyğun ixtisas birləşdirilib, müasir tələbata uyğun olmayan ixtisaslar təsnifatdan çıxarılıb. Əmək bazarının tələbatına uyğun bir sıra yeni ixtisaslar təsnifata əlavə edilib.

Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların təsnifatına əsasən, ixtisas qrupları üzrə müəyyən dəyişikliklər olub. 175 ixtisasın sayı 148-ə qədər azaldılıb. O cümlədən, 18 ixtisasın adında dəyişiklik edilib, 70-ə yaxın ixtisas birləşdirilib və ya çıxarılıb, 46 yeni ixtisas yaradılıb.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehovun sözlərinə görə, ixtisaslarla bağlı dəyişikliklərin edilməsində məqsəd müasir çağırışlara cavab verməkdir.

Məsələn, ''Təhsil ixtisasları" qrupunda olan 22 ixtisasdan biri "Rəqs müəllimliyi"çıxarılıb, 2 ixtisasın adı isə dəyişdirilib. "Humanitar və sosial ixtisaslar" qrupunda olan 17 ixtisasdan biri "Antropologiya" çıxarılıb, 2 ixtisas "Kitabşünaslıq" və "Kitabxanaçılıq və informasiya" isə bir ad altında birləşdirilib, "İslamşünaslıq" adlı yeni ixtisas əlavə olunub.

"Təbiət ixtisasları" qrupunda ixtisasların adları məqsədəuyğun olduğundan burada heç bir dəyişiklik edilməyib, yalnızyenibir ixtisas əlavə olunub.

"İqtisadiyyat və idarəetmə ixtisasları" qrupunda isə 12 ixtisasdan 4-ü digər uyğun ixtisaslarla eyni məzmun təşkil etdiyindən, məsələn, "Dünya iqtisadiyyatı", "İqtisadiyyat", "Biznesin idarə edilməsi" və "Kommersiya" ixtisasları birləşdirilib. "Mühasibat uçotu və audit" ixtisasının adı "Mühasibat" olub, "Beynəlxalq ticarət və logistika" adlı tamamilə yeni ixtisas əlavə edilib.

"Səhiyyə, rifah və xidmət ixtisasları" qrupunda da ciddi dəyişikliklər edilib. Qrupda olan 9 ixtisasdan 3-ü, yəni "Həkim yardımçısı", "Bədən tərbiyəsi və idman" və "Turizm və otelçilik" ixtisasları siyahıdan çıxarılıb, 1-nin adı dəyişib və 4 yeni ixtisas əlavə olunub.

Bəzi ixtisasların adlarında dəyişiklik olmasa da, onların təhsil proqramlarının məzmununun təkmilləşdirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Çox oxunanlar