Bakıda yaşayış binasında yanğın olub.
Binanın 9-cu mərtəbəsindəki mənzillərdən birində başlayan yanğın bir anda ətrafı qatı tüstüyə bürüyür.
ƏraziyəFövqəladə Hallar Nazirliyinin yanğın söndürənləri və canlı qüvvəsi cəlb edilib.
Hadisə bu gün günorta saatlarında Suraxanı rayonu, yeni günəşli qəsəbəsi Abbas Fətullayev küçəsində baş verib. Mənzildə olan 35 yaşlı Vasili Karqalukov yanaraq dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanları və prokurorluq əməkdaşları gəlib. Ölən şəxsin meyiti ekispertiza olunması üçün morqa göndərilib.
Qonşuların verdiyi məlumata görə, ölən şəxs içki düşkünü olub.
Paytaxtda daha bir yanğın hadisəsi isə Nəsimi rayonu ərazisində baş verib.Çoxmərtəbəli yaşayış binasının gözətçi otağı yanıb. Hadisə gecə saatlarında rayonun izzət həmidov küçəsində baş verib. Ətrafda yaşayanlar gözətçi otağının yandığını görüb dərhal yanğınsöndürənlərə məlumat veriblər.Hadisə yerinə gələn nəsimi rayon dövlət yanğından mühafizə hissəsinin əməkdaşları yanğını söndürüblər. yanğın yerinin kəşfiyyatı aparılarkən 68 yaşlı müzəffər həsənəliyevin meyiti gözətçi otağında aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.