''Azərbaycanda təhsilin bütün mərhələlrində verilən dövlət təqaüdləri 14-25 % arası artırılır və bu atrımdan 110 min tələbə yararlanacaq''. Bu məlumatları Təhsil naziri Ceyhun Bayramov təqaüdlərin artırılması ilə bağlı danışarkən bildirib.Təqaüdlərin artımı isə martın 1 dən etibarən həyata keçiriləcək.
Prezident təqaüdünün məbləği isə 210 manat olub. Fəlsəfə doktoru hazırlıq proqramında olanlar 180 manat, elmlər doktoru hazırlıq proqramında olanlar isə 300 manat təqaüd ala biləcək. Peşə təhsili müəssələrində isə 50 manat təqaüd veriləcək.
Bu dəyişikliklə təqaüd alan tələblərin sayı 16 min nəfər artırılıb. Amma gələcəkdə həm dövlət sifarişləri, həm də təqaüd alan tələblərin sayının daha da artırılması planlaşdırılır.
Növbəti ildən Azərbaycanda tələbələrə verilən kreditlərin miqyası da genişlənə bilər. Bunun üçün müxtəlif nazirliklərin iştirakı ilə işçi qrupu yaradılır və yeni sistem hazırlanır.
Qeyd edək ki, hazırda ölkəmizdə bu kateqoriyadan olan şəxslərə ''Maarifçi'' tələbə kredit fondu tərəfindən kredit verilir və indiyədək bu üstünlükdən yararlana bilən tələblərin sayı cəmi 220 nəfər olub.