İstixanada başlayan yanğın həm əkin hissəsinə, həm də texnika və avadanlıqlara ziyan vurub.
Yanğın hadisəsi Şəmkirin Düyərli kəndindəbaş verib. Kənd sakini 41 yaşlı Mayis Allahverdiyevə məxsus istixananın yardımçı tikilisində başlayan yanğın təsərrüfata ciddi ziyan vurub.
Ümumi sahəsi 45 sot olan istixananın qızdırılması üçün nəzərdə tutulan qazanxanada başlayan yanğına isitmə qurğusundakı texniki nasazlığın səbəb oldğu güman edilir. Nəticədə yanğın istixananın polietilen örtüklərini, texniki avadanlıqları, əkilmək üçün nəzərədə tutulan şitilləri, hazır məhsul üçün taxta yeşikləri vəyük maşınını yararsız hala salıb. 4 ton soba yanacağı yanaraq sıradan çıxıb.
Yanğın zamanı 28 yaşlı Afiq Rzazadə yüngül xəsarət alıb. Ona xəstəxanada ilkin yardım göstərilib. Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub. Faktla bağlı araşdırmalara başlanıb.