Xəzər Xəbər

Oğuzda maraqlı hadisə: İnək əməliyyat olundu - VİDEO

Veb TV | 19:04 • 15 Fevral 2019
Oğuzda maraqlı hadisə:

Oğuz rayonunda baytar həkim çox riskli sayılan cərrahi əməliyyat apararaq, buzovu və ana inəyi xilas edib. Hazırda həm cins düyənin, həm də buzovun vəziyyəti normaldır. Ancaq hər ikisi bir müddət nəzarətdə saxlanılacaq.

İnək normal doğuşla bala dünyaya gətirə bilmədiyinə görə əməliyyat olunub.

Hadisə Oğuz rayonunda uzun illər heyvandarlıqla məşğul olan, Şirvanlı kənd sakini Ramiz Məmmədovun təsərrüfatında baş verib. Cins düyənin dünyaya gətirəcəyi buzov böyük olması və ananın çanaq sümüyündən keçə bilməməsi səbəbindən həm ananın, həm də balanın tələf olma ehtimalı yüksək olub. Ona görə təsərrüfat sahibi baytar həkimə müraciət edib.

Təcrübəli həkim Sahib Balakişiyev müayinə zamanı heyvanda doğum prosesinin başladığını görüb. O, iki təcrübəli texniklə birlikdə heyvanların ölümdən xilas edilməsi üçün cərrahi əməliyyatın başlanmasına qərar verib. Heyvan əməliyyat olunaraq buzov xilas edilib.

Cərrahi əməliyyat uğurla başa çatsa da, heyvanlar daha 12 gün müddətində hər gün müayinə olunaraq, nəzarətdə saxlanılacaq.

Xəbər lenti

Çox oxunanlar