Xəzər Xəbər

Abituriyentlərin cavabı burda yoxlanılır - Açıq tipli tapşırıqlar necə emal edilir? - VİDEO

Veb TV | 18:58 • 15 Fevral 2019
Abituriyentlərin cavabı burda yoxlanılır -

Dövlət İmtahan Mərkəzi fevralın 10-da yeni qəbul imtahanı modelində sınaq imtahanı keçirdi. Məlumdur ki, imtahanlara düşəcək 30 sualdan 22-si qapalı, 8-i isə açıq tipli tapşırıqlardır. Açıq formalı tapşırıqlardan 3-nün məhz yazılı şəkildə cavablandırılması tələb edilir və ilk dəfə tətbiq ediləcək. Əminik ki, abituriyentlər və onların yaxınları üçün tapşıqırların necə yoxlanılması çox maraqlıdır. İlk dəfə məhz "XəzərXəbər” Dövlət İmtahan Mərkəzində proseslətanış olub.

Yeni qəbul imtahanı modelində keçirilən sınaq imtahanlarında istifadə edilən açıq tipli tapşırıqların cavabları məhz bu otaqda yoxlanılır.

Test tapşırıqlarının yoxlanılması artıq yekunlaşıb. Hazırda açıq tipli sualların yoxlanılması davam edir. Bir neçə mərhələdən ibarət olan proses çərçivəsində ilk olaraq cavab kartları skan edilərək elektron bazaya daxil edilir. Bu zaman abituriyentin ad, soyad və digər məlumatlarının əks edildiyi hissə proqram təminatı vasitəsilə avtomatik olaraq silinir. Bununla da anonimlik tam qorunur.

Monitorda verilən sual, abituriyentin cavabının skan edilmiş forması və düzgün cavablar, yəni qiymətləndirmə meyarları əks edilir.Hər bir tapşırığın müəllif tərəfindən hazırlanmış qiymətləndirmə meyarı olur.İmtahandan sonra kolibrləmə mərhələsində qiymətləndirmə meyarları abituriyentlərin cavabları əsasında təkmilləşdirilir.

Dövlət İmtahan mərkəzinin sektor müdiri Aydın Qasımov deyir ki, açıq tipli tapşırıqların cavab variantları təqdim edilməsə də, özəlliyi ondan ibarətdir ki, abituriyentin cavabları düzgün cavaba yaxın olduqda belə müəyyən balla qiymətləndirilir.

Məsələn, tarix fənni üzrə açıq formalı tapşırıqların birində Səfəvilər dövründə tayfalararası çəkişmələrə şərait yaradan amillər soruşulur..

Əgər abituriyentin əlyazması skan edildikdən sonra heç bir marker tərəfindən anlaşılmırsa, o zaman həmin cavab heç bir balla qiymətləndirilmir.Hər bir abituriyentin cavabı 2 marker tərəfindən yoxlanılır. Cavablar üst-üstə düşərsə nəticə avtomatik bazaya daxil edilir, əks halda proqram cavabı 3-cü markerə yönəldir.

Cavabların emal prosesinə dövlət imtahan mərkəzi yanıda ictimai şura nəzarət edir.

Açıq tipli tapşırıqların yoxlanılması bir qədər zaman tələb etdiyindən istər sınaq imtahanlarının, istərsə də qəbul imtahanlarının nəticələri əvvəlki kimi 1 günə deyil, bir neçə günə elan ediləcək.

Xəbər lenti

Çox oxunanlar