Xəzər Xəbər

Nazir açıqladı: 233 min nəfərin pensiyasında artım olacaq VİDEO

Veb TV | 20:11 • 14 Fevral 2019
Nazir açıqladı: 233 min nəfərin pensiyasında artım olacaq

Martın 1-dən əmək pensiyalarının minimum məbləği artırılacaq. Bu isə 233 mindən çox əmək pensiyası alan şəxsin təqaüdlərinin artması deməkdir. Bu sözlərlə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vətəndaşlara xəstə heyvan verənlərin cəzalandırıldığını bildirib. Bu arada saxta əlillik dərəcəsi əldə edənlərin də bu statusları geri alınır.

Dövlət başçısnın təşəbbüsü ilə Milli Məclisə təqdim edilən yeni qanun layihəsi ilə əmək pensiyalarının minimal məbləği 116 manatdan 160 manata çatdırılacaq. Bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev açıqlayıb. Nazir bildirib ki bu yenilik nəticəsində 233 min nəfərin əmək pensiyası artacaq. Bu artımlar isə müxtəlif kateqoriyalı pensiya alanlardan asılı olaraq dəyişəcək.

Nazir Sahil Babayev Məşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən mal-qaranın keyfiyyət göstəricilərinin aşağı olması ilə bağlı edilən şikayətlərdən də danışıb. O bildirib ki, bütün heyvanlar vətəndaşların razılığı ilə onlara verilir.Bununla yanaşı nöqsana yol verən nazirlik əməkdaşları ciddi şəkildə cəzalandırılıb.

Nazir saxta əlilliklərin verilməsi məsələsində vətəndaşları dələduzlara qarşı diqqətli olmağa çağırıb. Hazırda bu mexanizm tam müasir metodlar əsasında yenidən qurulur. Araşdırmalar nəticəsində saxta əlillik verilən şəxslərdən isə bu statuslar geri alınır.

Bu arada əmək pensiyalarının ödənilməsi yaxıniki gün ərzində təmin ediləcək.

Xəbər lenti

Çox oxunanlar