Balakəndə ağır yol qəzası baş verib. Yük maşını ilə avtomobilin toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib. Ağdaşda isə avtomobil traktora çırpılıb. Yaralanan sürücü xəstəxanaya çatdırılsa da orada ölüb.
Minik maşınının yük maşını ilə toqquşması ölümlə nəticələnib.
Hadisə Balakən rayonunun Katex kəndi ərazisindəqeydə alınıb.Türkiyə vətandaşı 51 yaşlı Başar Saminin idarəetdiyi Türkiyə dövlət qeydiyyat nişanlı TIR ilə 33 yaşlı Balakən rayonu Puştətala kənd sakini Samir Alqayevin idarəetdiyiminik avtomobili toqquşub.
Nəticədə minik avtomobilinin sürücüsü Samir Alqayev aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.Yük maşınının sürücüsü Başar Saminin xəsarətləri yüngül olduğundan ona Balakən Rayon Mərkəzi Xəstəxanasında lazımı tibbi yardım edildikdən sonra ambulator müalicəyə buraxılıb.
Ağdaşda baş verən yol qəzasında dasürücü dünyasını dəyişib.Maşad qəsəbə sakini 75 yaşlı Həmid Azəri idarə etdiyi minik avtomobili hərəkətdə olarkən yol kənarında dayanmış traktoraçırpılıb. Qəza nəticəsində Həmid Azəri müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hər 2 faktla bağlı araşdırma aparılır.