Bu gün 14 fevral sevgililər günüdür.
Dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da bu günü qeyd edənlər var.
Kimisi anasını, kimisi nəvəsini, kimisi dostunu, kimisi də elə nişanlısını bu gündə yad edib, ona hədiyyə alıb.
Hədiyyələr arasında qızılgül xüsusi yer tutub. Kimisi bir, kimisi isə 151 qızılgül ilə sevgisini ifadə edib.