Xəzər Xəbər

Qarabağ qazisi maraqlı bir təşəbbüsü reallaşdırdı VİDEO

Veb TV | 17:41 • 14 Fevral 2019
Qarabağ qazisi maraqlı bir təşəbbüsü reallaşdırdı

Bakıda Qarabağ qazisi maraqlı bir təşəbbüsü reallaşdırıb. İllər əvvəl Qarabağ döyüşlərində gözünün birini itirən rəssam Namiq Əliyev vətən uğrunda canından keçən qəhrəmanlarımızın şərəfinə muzey təşkil edib. Muzeydə qəhrəmanlaırımızın 40 dan çoxportret, heykəl və büstləri nümayiş olunur. Muzey məktəblilər və şəhid ailələrinin mütəmadi ziyarət etdiyi bir məkana çevrilib.

Mindən çox Xocalı əsirinin həyatını xilas edən Allahverdi Bağırov adını döyüş tarixinə şanlı hərflərlə yazdıran "Pəhləvanlar taboru" -nun komandiri Əliyar Əliyev, Yəhudi buterbrodu" taktikasının yaradıcısı Albert Aqarunov. Və digər onlarla milli qəhrəmanımızın xatirəsinə həsr edilən əsərlər.

Qarabağ qazisi Namiq Əliyev öz şəxsi təşəbbüsü ilə vətən uğrunda canından keçən qəhrəmanlarımızın heykəl,büst və portretlərini hazırlatmaqlaqəhrəmanlıq muzeyi təşkilk edib.Namiq Əliyev burda sərgilənən hər bir əsəri ən keyfiyyətli materialdanhazırlatdırıb.Muzeyin təşkili böyük xərc tələb etsə də,qarabağ qazisi bütün şəhidlərimizin xatirəsini əbədiləşdirmək istəyir.

Onun sözlərinə görə,digər şəhid övladları da atalarının portret vəbüstünün hazırlanıb bu muzeydə sərgilənməsini istəyir. Namiq Əliyev burda həmçinin şəhid övladları üçün pulsuz rəssamlıq və heykəltəraşlıq kursu datəşkil edir ki, gələckdə daha çox əsərlər ərsəyə gəlsin.

Portret və büstləri hazırlamaqda isə Namiq Əliyevə bir neçə könüllü rəssam və heykəltəraş köməklik edir.

Muzeyi ən çox ziyarət edənlərdən biri olan Qarabağ qazisi İlham Həsənov deyir ki, döyüş yoldaşlarının xatirəsinin bu formada əbədiləşdirilməsi onlar üçün də qürurvericidi.

Namiq Əliyev deyir ki, şagirdlərin və şəhid ailələrinin muzeyə marağı həddindən artıqdı.Elə buna görə də,o bu xeyirxah missiyanı daha da genişləndirmək niyyətindədir.

Xəbər lenti