Dünyanın ən sürətli adamı kimi qəbul olunan yamaykalı Usein Boltun atletika karyerasını başa çatdırdıqdan sonra onun 7 yaşlı varisi peyda olub.
"Blaze the Great" (Böyük Alov) ləqəbli yeddi yaşlı atlet Rudolf İnqram ABŞ-da ötən həftə 100 metri 13.48 saniyəyə qaçıb.
Gələcəyin Usein Boltu kimi təqdim olunan kiçik atlet yerli çempionatlarda bir neçə dəfə çempion adını qazanmağı bacarıb.