İndi təqdim edəcəyiz süjetin qəhrəmanı həmyaşıdlarından seçdiyi peşə ilə fərqlənir.18 yaşlı Kifayət Hüseynova qaynaqçılıq peşəsini öyrənir. Evdə valideynləri nə qədər ona mane olmağa çalışsalar da, heç kəs onu fikrindən daşındıra bilməyib. Çoxlarının ''kobud sənət'' kimi qəbul etdiyi metal qaynaqçılığı Kifayət Hüseynovanın gözündə tamam başqadır.
Valideynləri nə qədər etiraz etsə də o, bəlkə də əksər qızların bacarmayacağı, sevməyəcəyi bir peşə ilə məşğuldur.
18 yaşlı Kifayət Hüseynova bir neçə ildir ki, qaynaqçılıq peşəsini öyrənir.
Texnika və texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 2-ci kursunda oxuyan Kifayət Hüseynovanın qaynaqçılığa sevgisi o qədər çox olub ki, orta məktəbin 9-cu sinifində təhsilini dayandırıb, peşə məktəbinə yazılıb. Valideynləri onu fikrindən döndərə bilməyiblər.
Kifayət Hüseynova deyir ki, qaynaqçı peşəsi kənardan göründüyü kimi kobud sənət deyil.
Qaynaqçılığa marağı o dərəcədədir ki, təhsil mərkəzindəki qrupda bütün tələbələrin oğlan olması onu heç də darıxdırmır.
Təhsil mərkəzinin direktor müavini Aytac Rzayeva deyir ki, Kifayət Hüseynova qaynaqçılığı yüksək səviyyədə mənimsəyib. O bir sıra layihələrin mükafatçısı olub.