Dayanacağın yolayrıcına çox yaxın olması yol hərəkəti iştirakçılarının rahat hərəkətinə problem yaradır. Avtobuslar yolun hərəkət hissəsində saxladığından buradan sağa dönmək istəyən sürücülər çətinliklə üzləşirlər. Günün pik saatlarında hətta uzun tıxaclar da yaşanır
Bura Yasamal rayonu, Şərifzadə küçəsi ilə Mətbuat prospektinin kəsişməsidir.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev bildirdi ki, artıq agentlik tərəfindən paytaxt ərazisində yerləşməsində problem olan dayanacaqlarla bağlı araşdırmalara başlanılıb. İndiyə qədər bir neçə ərazidə belə dayanacaq məntəqələrinin yerləri dəyişdirilib.
Vətəndaşlardan bu cür problemlərin aradan qaldırılması üçün agentliyə müraciət etmələri tövsiyyə olunur.