Şamaxıda baş verən zəlzəldən sonra yaradılan araşdırma qurupları işlərini davam etdirirlər.
Rayon fövqəladə hallar komissiyasından verilən məlumata görəbu günə qədər 1888 şəxs müraciət edib.Fövqəladə hallar nazirliyinin mütəxəssisləri ilə birgə yardılan qruplar tərəfindən həm yerlərdə araşdırmasını davam etdirir,həm də daxil olan müraciətlər qeydə alınır.Hazırda 84 evin qəzalı olması müəyyənləşib.
İlkin mərhələdə 29 evin sökülməsi və yenidən tikilməsi nəzərdə tutulub.Hazırda 5 ev tamami ilə sökülüb.
Yaradılan komissiya hazırda şəhər də daxil olmaqla kəndlərdə qəzalı evlərə baxış keçirərək, hesablama işlərini davam etdirir.