Ölkədə 300 yeni subartezian quyusu qazılacaq.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin təmsilçisi Dilqəm Şərifov deyir ki, son 5 il ərzində ölkədə 1407 ədəd subartezian quyusu qazılıb.
Ötən ilin sonunda isə əlavə olaraq Ağdamda 35 subartezian quyusunun qazılmasına başlanılıb. Bu il də əhalisi 736 min nəfərə yaxın olan 41 şəhər və rayonun 254 yaşayış məntəqəsində 300 quyu qazılacaq. Subartezian quyularının layihələndirilməsi və qazılması üçün 21milyon manat vəsait ayrılıb.
Yaxın vaxtlarda qazıntı işlərinə başlanılacaq. Quyulardan 18 ədədi Goranboy rayonunun payına düşüb.
İşlər Prezident İlham Əliyevin ötən gün imzaladığı "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında" sərəncama əsasən həyata keçirilir.