Azərbaycan vətəndaşı bilir ki, ən ağır vəziyyətdə Azərbaycan dövləti onun yanında olacaq. Dövlət isə tam əmindir ki, vətəndaş hər zaman dövlətin arxasında olacaq. Prezident İlham Əliyev Real TV-yə müsahibəsində belə deyib. Dövlət başçısı ölkədə həyata keçirilən islahatlardan tutmuş Dağlıq Qarabağ münaqişəsinədəkbir çox məsələlrlə bağlı mühüm açıqlamalar verib.
Aparılan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş, daha qüdrətli ölkəyə çevirməkdir. Prezident İlham Əliyev bildirib ki, bu, ölkədə mövcud olan nöqsanları aradan qaldırmsına, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarılmasına insanların rifah halının daha da yüksəldiməsinə gətirib çıxaracaq
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın bütün uğurlarının təməlində xalq iqtidar birliyi dayanır. Azərbaycan vətəndaşları öz dövlətinə güvənir. Dövlət isə bu etimadı daim doğrultmağa çalışır. Şamaxıda baş verən zəlzələdən sonra dərhal atılan addımlar bunun sadəcə bir nümunəsidir. Şamaxıda zəlzələ baş verən ərazidə olduğu zaman Saray nənə ilə görüşünü xatırlayan dövlət başçısı Saray nənənin Azərbaycan xalqının dövlətinə olan inamının nümunəsi olduğunu deyib.
Prezident bildirib ki, ölkənin daxilindəki milli birlik, istər daxili siyasətdə, istərsə də xarici siyasətdə əldə olunan naliyyətləri şərtləndirir. Öz resuruslarına arxalanan Azərbaycan müstəqil siyasət aparır. Düzgün xarici siyasətlə Azərbaycan milli maraqlarını maksimum qoruya bilir. Dağlıq Qarabağ münaqişəsinə də toxunanprezident İlham Əliyev bildirib ki, indi Azərbaycan həm danışıqlar masasında, həm də döyüş meydanında üstün mövqedədir. Aprel döyüşləri və Naxçıvan əməliyyatı bunu sübut edir.
Prezident bildirib ki, hazırda dünyada "kim güclüdür, o da haqlıdır" prinsipi hökm sürür. Bu, yeni reallıqdır və Azərbaycan buna hazır olmalıdır. Ona görədə Azərbaycan daim iqtisadi və hərbi gücünü artırır. Azərbaycan müxtəlif imkanlardan istifadə edərək öz ərazi bütövlüyünü bərpa etməlidir. Bu həm dövlətin, həm də vətəndaşların əsas vəzifəsidir.