Şamaxıda daha bir təbiət hadisəsi baş verib. 5 metr hündürlükdə vulkan püskürüb.
Hadisə səhər saatlarında Şamaxının Quşcu kəndi ərazisində qeydə alınıb. Təqribən 1 saata qədər davam edən proses evlərdən 150-200 metr aralıda baş verib. Palçıq təxminən 2 hektara qədər əraziyə yayılıb.
Vulkan Quşçu kəndində əkin sahələrinə yaxın ərazidə püskürüb. Hazırda püskürmə dayansa da, ocaqda qaynamalar davam edir. Ərazi nəzarətə götürülüb, hadisə nəticəsində sakinlərə və evlərə ziyan dəyməyib.
Vulkanın püskürdüyü yerə Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları da baxış keçiriblər. Məlumata görə, vulkanın püskürməsinə zəlzələ səbəb olub.
Vulkanın püskürməsinin təhlükəli olmadığı bildirilir.