Xəzər Xəbər

Boğulmaqdan xilas etdiyi bala qazla dost oldu VİDEO

Veb TV | 18:02 • 13 Fevral 2019
Boğulmaqdan xilas etdiyi bala qazla dost oldu

Mike Jivanjee adlı adam 2 il əvvəl Osvego gölündə boğulmaqdan xilas etdiyi bala qazla dostlaşıb.

Xilas etdiyi balanı evinə apararaq Kyle adını verən adam daha sonra onu təbiətə buraxıb. Amma sevimli bala evə yenidən qayıdıb.

Jivanjee "ondan xilas olmağa çalışdım , kilometrlərlə uzaqda bir yerə buraxdım. Amma evə geri döndükdə o məndən əvvəl çatırdı”.

Hazırda 5 kiloqram ağırlığında olan Kyle qəhrəmanı Jivenneni başqa qadınlardan qısqanır. Jivanne "Ətrafımda qadınlar olduqda onları təhlükə olaraq görür. Bundan başqa kimin təhlükəli olub, olmadığını da anlaya biləcək qədər ağıllıdır”./metbuat.az

Xəbər lenti

Çox oxunanlar