Ziyarəti zamanı Məhəmməd bin Salman səhər saatlarında əvvəlcə Kəbənin içərisinə daxil olub, daha sonra isə təmizlik işçiləri ilə birlikdə Beytullahın (Kəbə binası) üstünə çıxıb. Jurnalist Camal Kaşoqinin qətlində əli olduğu iddia edilən vəliəhd şahzadənin bu davranışı sosial şəbəkələrdə ciddi mübahisəyə səbəb olaraq tənqid edilib.
Dünyanın müxtəlif yerlərindəki müsəlmanlar Məhəmməd bin Salmanın Kəbənin üstünə çıxmağa layiq olmadığını və müqəddəs yeri çirkləndirdiyini yazıblar: "Kəbədə olmaq Məhəmməd bin Salmanı üzərinə bulaşmış Camal Kaşoqi qanından, azadlıq tələb edən qadınların işgəncə naləsindən, həbsdə olan alimlər və ziyalıların ahından, Yəməndəki uşaqların qanından və digər günahlarından xilas etməyəcək”.
Qeyd edək ki, Beytullahın üstünə əsasən Kəbənin əməkdaşları yağış yağarkən təmizlik işlərinin aparılması və müqəddəs binanın örtüyünün dəyişdirilməsi üçün çıxırlar./azvision.az